
Akril örtüyü
Bu örtüyün əsas tərkibi akrilik polimerlərin və
mineralların dəqiq müəyyənləşdirilmiş proporsiyalarının
qarışığından ibarətdir. Tennis kortlarının əsas örtüyü
kimi tətbiq olunan bu örtük ideal texniki göstəricilərə
malikdir. Topun dəqiq traektoriya ilə sıçrayışı, sürəti,
yüksək komfortlu kimi üstünlüklər bu örtükdə US Open,
Australian Open, WTA, ATP kimi nüfuzlu turnirlərin
keçirilməsini təmin edir. Bununla yanaşı bu örtük mini
futbol, basketbol, voleybol meydançalarında da geniş
istifadə olunur.
Akril örtüyün əsas üstünlükləri:
Qiymətinin nisbətən aşağı olması.Uzunömürlü
olması-orta istismar müddəti 10 ildir və bu müddətdə
ilkin keyfiyyətini və rəngini saxlayır. Mexaniki təzyiqlərə
və yeyilməyə qarşı çox davamlıdır. Yüksək komfortlu
optimal oyun keyfiyyəti. • Praktiki olaraq heç bir qulluq tələb etmir.
• Geniş rəng seçimi var.





Təyinatından asılı olaraq dörd variantda akril örtüyü təklif edirik:
1. Standard HARD variantı
Bu variant ekonomik və orta sürətli tennis kortları üçün
istifadə olunur. Akril polimer tərkibin kvars qumu ilə qarışığı
asfalt və ya beton alt zəminin üzərinə 4 qat olmaqla döşənir.
Üst qat tələb olunan rəngdə olur. Bu qat mükəmməl
ilişməni, yüksək davamlılığı, hava və gün işığının təsirindən
etibarlı müdafiə olunmanı təmin edir.

2. CUSHION variantı
Bu variant ITF 2 sertifikatına uyğun tennis kortları üçün
istifadə olunur. Akril polimer tərkibin rezin qranullarla
qarışığı asfalt və ya beton alt zəminin üzərinə 5 qat olmaqla
döşənir. Xarici gorünüşünə görə Standard HARD örtüyə
bənzəyir. Rezin qranullardan istifadə olunmasına görə
CUSHION örtüyü daha yüksək amortizasiya, komfort və
zədə təhlükəsizliyininə görə seçilir.
Açıq və bağlı tennis kortlarında geniş istifadə olunan
akril örtüklər İTF tərəfindən sertifikatlaşdırılmışdır.

3. CUSHION PLUS variantı
Bu variant ITF 5 sertifikatına uyğun tennis kortları üçün
istifadə olunur. Akril polimer tərkibin rezin qranullarla
qarışığı asfalt və ya beton alt zəminin üzərinə 6 qat olmaqla
döşənir. Orta və sürətli oyun üçün təyin olunan bu örtükdə
beynəlxalq yarışlar keçirilir. Hard Cushion Plus yüksək
komfortlu və uzunömürlüdür.

4. NANO CUSHION PLUS variantı
Bu variant tennis kortları üçün professional akrilik örtükdür,
bu örtükdə Böyük Dəbilqə, WTA və ATP turnirləri keçirilir.
Örtük ITF tərəfindən Medium 3 sertifikatına malikdir.
Bu örtüyün hazırlanmasında ən qabaqcıl nano
texnologiyalardan istifadə olunmuşdur, hansı ki, örtüyün
ultrabənövşəyi şüalara və mexaniki təsirlərə qarşı
davamlılığını təmin edir. 2-qat Cushion və 5-qat Cushion Plus
rezin tərkibli qatların tətbiqi ilə yüksək komfortlu oyun və
topun dəqiq sıçrayışı alınmışdır.
