EPDM örtük sintetik kauçuk (rezin) dənələrindən (granul) ibarət olan və hal hazırda bütün dünyada çox geniş sahələrdə tətbiq olunan yüksək keyfiyyətli materialdır.Öz analoqlarını bir çox texniki göstəricilərinə görə üstələyən bu örtük açıq idman və uşaq meydançalarında uğurla istifadə olunur.

Texniki parametrləri

İstehsal prosesində rezin granullar çoxpilləli emal prosesinə məruz qalır və bu da materialın yeyilməyə qarşı yüksək davamlılığını və geniş temperatur diapazonunda tətbiq olunmasını təmin edir.EPDM granulların orta istismar müddəti 10 ildir,bu da digər analoqlardan kifayət qədər çoxdur.

Rəng variantları

Ekoloji təmizlik

Yüksək keyfiyyətli polimerlərdən hazırlanan material toksik və allergik deyil,atmosferə toz və başqa zərərli maddələr ayrılmır. Məsaməli struktura malik örtük hava və suyu keçirir,lakin alaq otlarının bitməsinə,həşaratların yığılmasına imkan vermir.Bu örtüyün əsas üstünlüklərindən biri də geniş rəng variantlarının olmasıdır.Müxtəlif rəng kombinasiyalarından istifadə edilən örtük estetik cəhətdən gözəl görünür.EPDM örtüyün rəngi bütün istismar müddəti ərzində solmur və dəyişilmir.
EPDM örtüyün montajı xüsusi aqreqat vasitəsilə aparılır.
EPDM granul
Binder

Tətbiq sahələri
* Universal idman meydançaları
* Tennis kortları
* Stadion qaçış yolları
* Uşaq oyun meydançaları
* Tratuarlar

EPDM granuldan müxtəlif formalı plitələr hazırlanır. Bunlar beton (asfalt) əsas üzərinə çox asan döşənir və uzun illər keyfiyyətini saxlayır.

Art: ET 500
Ölçü: 500x500x25mm

Art: ET 600/S
Ölçü: 400x460x25mm

Art: ET 700
Ölçü: 400x400x25mm

Art: ET 200
Ölçü: 200x250x30mm

Art: ET 600/E
Ölçü: 400x460x25mm