junckers_taxta_parket_sistemleri

JUNCKERS HAQQINDA

Junckers – bərk ağac növlərindən müxtəlif təyinatlı taxta döşəmə parket lövhələri istehsal edən dünyanın aparıcı parket brendidir.

Uzun illər boyu Junckers şirkəti lokal oyun zallarından tutmuş çox sayda olimpiya standartlı komplekslər üçün idman parket sistemləri təhciz etmişdir.Müasir dövrümüzdə peşəkar idman kompleksləri üçün Junckers parket sistemləri ideal seçimdir.

Junckers həmçinin yeganə istehsalçıdır ki taxta döşəmələr üçün özünün lak-boya və dolğu materialları istehsalı vardır.

QEYD EDƏK Kİ, JUNCKERS-İN BÜTÜN MƏHSULARI YALNIZ DANİMARKADA İSTEHSAL OLUNUR. 

 YÜKSƏK KEYFİYYƏT STANDARTLARINA UYĞUN JUNCKERS PARKET DÖŞƏMƏLƏRİ HƏM DƏ QURAŞDIRMA SADƏLƏYİ İLƏ SEÇİLİR.

Timsport on ildən artıq müddətdir ki bu markanın idman parket sistemlərini ölkəmizdə uğurla reallaşdırır. Çox sayda Olimpiya İdman Kompleksləri, Təhsil müəssisələrinin idman zalları, şəxsi obyektlər şirkətimiz tərəfindən Junckers parket döşəmələri ilə təhciz edilmişdir. Biz həmçinin layihənin tam texniki həllini, dizayn olunması və tam montaj xidmətlərini təklif edirik.

Çox sayda Olimpiya İdman Kompleksləri, Təhsil müəssisələrinin idman zalları, şəxsi obyektlər şirkətimiz tərəfindən Junckers parket döşəmələri ilə təhciz edilmişdir. Biz həmçinin layihənin tam texniki həllini, dizayn olunması və tam montaj xidmətlərini təklif edirik.

junckers_taxta_parket_sistemleri_

Meşələrin bərpası və ətraf mühitin mühafizəsi

1930 cu illərdə meşələrin və ətraf mühitin mühafizəsi məsələləri nadir hallarda müzakirə olunduğu vaxtlarda gənc meşə sənayesi işçisi Flemming Juncker ən dəyərli xammal mənbəyi olan meşələrin düzgün istifadəsi ,bərpası və qorunması üçün daha müasir üsullar axtarırdı.25 yaşında meşə təsərrüfatı üzrə magistr dərəcəsi almış novator gənc öz adı ilə adlandırdığı ağac emalı müəssisəsi onun ideyalarını praktikada uğurla həyata keçirməyə başladı .Bu gün də meşə resurslarının optimal istifadəsi Junckers-in ana fəlsəfəsidir.

Junckers CO2 üzrə neytral şirkətdir

Ağacın qurudulması və emalı üçün əhəmiyyətli miqdarda elektrik enerjisi istifadə olunmasına baxmayaraq Junckers işlətdiyi enerjidən çox istehsal edir. Emal proseslərində yaranan agac qabığı,talaşa və kəpəyi yerli elektrik stansiyasına göndərilir ,əvəzində elektrik enerjisi və qurutma prosesi üçün buxar hasil edilir. Agac CO2 neytral material hesab olunduğundan Junckers nəticədə istehlak etdiyindən artıq miqdarda elektrik enerjisi generasiya edir və cəmiyyətə daha çox fayda vermiş olur. Buna görə Junckers CO2 neytral kompaniyalar sırasındadır.

CE deklorasiyası və performans

Junckers döşəmələri CE markasına malikdir,bu o deməkdir ki döşəmələr təhlükəsizlik,ətraf mühit və sağlamlıq üzrə Avropa İttifaqı ümumi standartlarına tam uyğundur. Döşəmələrin texniki göstəriciləri də CE markalanmasına uyğun təqdim olunur,bu konkret hüquqi tələblərə necə riayət olunduğunu göstərir.

PEFC™ və FSC® Sertifikatları

Junckers olaraq biz həmişə ekoloji tarazlığın qorunması təşəbbüslərini dəstəkləyirik. Meşələrin legal istismarı,bərpası,təbiətin qorunması üçün meşə təsərrüfatlarının fəaliyyətlərini müşahidə edən PEFC™ və FSC® beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edirik və müvafiq sertifikatlara malikik.

junckers_taxta_parket_sistemleri

Məhsulların keyfiyyəti

Junckers məhsullarının keyfiyyətinin idarə olunması taxta döşəmələr üçün CE marka standartlarına uygyn olaraq EN 14342,EN 14904 və EU Guidance təlimatlarına uyğun aparılır. Müəssisənin bütün istehsal və inzibati şəbəkəsi İSO 9000 seriyası təlimatlarına müvafiq fəaliyyət göstərir.

İSO sertifikat

Junckers İSO14001 sertifikatına malikdir.

junckers_taxta_parket_sistemleri_34

JUNCKERS
MASSİV LÖVHƏ PARKET
İDMAN DÖŞƏMƏSİ

Bütün Junckers idman parket döşəmələri idmançılara hərəkət sərbəstliyi, zədələrdən qorunma və imkanlarını maksimal göstərmək üçün unikal xarakteristikalara malikdir.

1. Area-elastik döşəmə: burada hər hansı nöqtəyə düşən zərbə nöqtənin ətrafında nisbətən daha böyük sahəyə təsir edir (parket döşəmələr)

2. Nöqtə-elastik döşəmə: burada hər hansı nöqtəyə düşən zərbə nöqtənin özünə və lap yaxın ətrafına təsir edir (PVC,Vinil döşəmələr)

HƏMİŞƏ
ELASTİK MEYDANÇA
XÜSUSİYYƏTLƏRİ

Bizim döşəmələr müvafiq sınaqlardan keçmişdır və EN 14904 standartına uyğundur.Döşəmələr A3 və A4 sinif tələblərinə tam cavab verir. Bütün Junckers döşəmələri FİBA tərəfindən tövsiyyə olunub və LEVEL-1 səviyyəli yarışlar üçündür.

3. Kombi-elastik döşəmə: Area-elastik alt təbəqə+Nöqtə-elastik üst təbəqə -burada hər hansı nöqtəyə düşən zərbə həm nöqtənin özünə və geniş ətrafına ətrafına təsir edir (Elastik fanera+PVC,Vinil döşəmələr)

PEŞƏKAR
İDMANÇILAR ÜÇÜN
YARADILIB

EN 14904 standartı bütün dünyada tətbiq olunur,döşəmələrin idman effektivliyi və təhlükəsizliyinə görə tələbləri müəyyən edir.Bu standarta görə idman döşəmələri əsas 4 tipə bölünür:

4. Qarışıq-elastik döşəmə: Sinteik materiallarla döşənilən Nöqtə-elastik döşəmələrdir (PU,EPDM döşəmələr)

junckers_taxta_parket_sistemleri

DÖŞƏMƏNİN TƏHLÜKƏSİZLİYİ VƏ EFFEKTİVLİYİ

Bu standartlar təhlükəsizlik texnikasına və idman xarakteristikasına şamil edilir,aşağıdakı başlıca faktorları əhatə edir.

Amortizasiya

junckers_taxta_parket_sistemleriAmortizasiyalı döşəmə zədə riskini minimuma endirir.Test ölçmələri ilə idmançının tullanışdan sonra döşəməyə enməsi zamanı zərbənin udulması dərəcəsi müəyyən edilir.

Şaquli deformasiya

junckers_taxta_parket_sistemleri_2Döşəmənin zərbələri dəf etmək xüsusiyyəti onun dinamik yüklənmələr zamanı sıxılma əmsalından asılıdır.Test nəticələri döşəməyə dinamik yüklənmələr zamanı onun şaquli deformasiyasını əks etdirir.

Topun sıçrayışı

junckers_taxta_parket_sistemleri_3Topun döşəmədən yaxşı sıçrayışı topun kontrolunu və oyun sürətini artırır.Test nəticələri topun betondan sıçrayış hündürlüyünə görə faiz nisbəti ilə ifadə olunur.

Sürtünmə

junckers_taxta_parket_sistemleri_4İdmançılar döşəmə üzərində sürətli hərəkət edərkən düzgün sürtünmə vacibdir.Döşəmənin sürtünmə əmsalının 80 və 110 arası olması idealdır. Sürtünmə əmsalı 80-dən az olan döşəmə çox hamar , 110-dan yüksək olan isə çox nahamar sayılır.

Diyircəkli yüklənmə

junckers_taxta_parket_sistemleri_5Döşəmənin diyircəkli yüklənməyə davamlılığı vacibdir,çünki oyun zallarında təkərli arabalar və diyircəkli teleskopik tribunalar müntəzəm istifadə olunur.Test nəticələri göstərir ki Junckers döşəmələri 1500N (təqribi 150kg) diyircəkli yüklənməyə dözümlüdür.

Junckers özəl test programları

Avropa standartlarına rəğmən döşəmələrin dözümlülük və uzun ömürlülük xüsusiyyətlərini müəyyən etmək və təsdiq etmək üçün Junckers özəl testlər aparmışdır.

İstismar testi

Bu test bütün A4 sinif döşəmələr üçün aparılmışdır.Döşəmələr eyni nöqtəyə idarə olunan 3KN (təqribi 300kg) dinamik zərbələrə 100000 dəfədən az olmayaraq məruz qalmışdır,bu isə döşəmələrin 25 il effektiv istismar olunmasına ekvivalentdir.

Nöqtə yüklənmə testi

Döşəmələrin nöqtə yüklənmələrə dözümlülük tələbləri idman zallarının sərgilər,konsertlər və digər tədbirlər üçün istifadəsi zamanı çox aktualdır.İdman zallarında diyircəkli teleskopik tribunalardan və sərgi stendlərindən istifadə vaxtı sabit və dəyişən nöqtə yüklənmələri artır.Bu yüklənmələrə tələblər EN standartlarında nəzərə alınmasa da ,Junckers özəl test programları ilə istehsal etdiyi bütün sinif döşəmələrin universal və uzunömürlü olmasını təsdiq etmişdir.

junckers_taxta_parket_sistemleri_3s_1

DÖŞƏMƏ PARKET LÖVHƏSİNİ SEÇİN

YÜKSƏK KEYFİYYƏT VƏ PEŞƏKAR USTALIQ ƏSASDIR

Junckers parket lövhələri 100% bərk ağac massivindən ibarətdir.Heç bir alternativ aralıq təbəqə yoxdur və aralanma mümkün deyil.

Lövhələrin qalınlığı 22mm-dir,enliyarpaqlı ağac növlərindəndir,bu isə onları çox davamlı və stabil edir.

Lövhələr mexaniki emal olunmuş və pərçimlənmiş iki sıradaan ibarətdir.Bu həll taxtanın keyfiyyətinə zərər vermədən effektiv istifadəsini təmin edir.

TEZ VƏ ASAN QURAŞDIRILMA

Junckers döşəmə lövhələri tez və asan montaj oluna bilir.Lövhələrin uzunluğu 3700mm,eni 129mm-dir.Bir lövhə təqribən 0,5m² sahəni əhatə edir.Lövhələr bir tərəfdən çıxıqlar ,o biri tərəfdən yarıqlar var və asan quraşdırılır.

QURAŞDIRILMADAN HƏMƏN SONRA İSTİFADƏ İMKANI

Junckers döşəmə lövhələri tez və asan montaj oluna bilir.Lövhələrin uzunluğu 3700mm,eni 129mm-dir.Bir lövhə təqribən 0,5m² sahəni əhatə edir.Lövhələr bir tərəfdən çıxıqlar ,o biri tərəfdən yarıqlar var və asan quraşdırılır.

JUNCKERS DÖŞƏMƏLƏRİ NƏSİLLƏR ÜÇÜN YARADILMIŞDIR

Tam hazır lövhələr montaj vaxtı cilalama və laklama işlərinə ehtiyac yaratmır.Bu isə döşəmənin keyfiyyətli alınması və quraşdırılma işlərinə daha az əmək sərf olunması deməkdir.

QEYRİ ADİ LAKLANMIŞ SƏTH

Lövhələrin boyanmasında istifadə olunan lak yüksək keyfiyyətli və aşınmaya davamlı poleuretan xammalından istehsal olunur.Xüsusi kameralarda lövhələr bir neçə qat poleuretan lak ilə boyanır və qurudulur. Bütün lak və dolğu materialları Junckers fabrikində Danimarkada istehsal olunur.

MÜSTƏSNA DƏRƏCƏDƏ DÖZÜMLÜLÜK VƏ STABİLLİK

Junckersdə taxtanın qurudulması prosesi əhəmiyyətli dərəcədə daha uzun vaxt aparır,taxtada baş verən təbii proseslər və dəyişikliklər idarə edilir və minimuma endirilir.Buna görə Junckers döşəmələri zallarda temperatur və rütubətin dəyişilməsinə daha az həssasdır və problemlər yaratmır.

UZUNÖMÜRLÜLÜK VƏ SADƏ TƏMİZLİK SERVİSİ

Junckers döşəmələri asan yuyulur ,təmizlənir və təmir oluna bilir.Döşəmənin gündəlik süpürülməsi və ya az sulu əski ilə silinməsi kifayətdir.Təmizləyici maşınların da istifadəsi mümkündür. Uzun istismar dövründən sonra yüngül cilalama və laklamaqla döşəmənizə əvvəlki görünüşünü qaytarmaq çox asandır.

Bizim fıstıq və ağcaqyın ağacından olan idman döşəmələrimiz bu unikal qurutma metodu ilə qurudulur.Bu parketin istismarı vaxtı lövhələrin yüklənmələrdən deformasiya etməsini mümkünsüz edir.Adi metodla qurudulmuş lövhələrdə isə intensiv istismardan sonra əyilmələr və sıxılmalar yaranır.

JUNCKERS DÖŞƏMƏLƏRİNİN 50-60 İL İSTİFADƏ EDİLMƏSİ QEYRİ ADİ DEYİL

İkiqat yarıq və paz birləşmə

junckers_taxta_parket_sistemleri
junckers_taxta_parket_sistemleri_2

Junckers döşəmə lövhəsi:

Qalınlıq: 22mm

Eni:129mm

Uzunluq:3700mm

DÖŞƏMƏ LÖVHƏLƏRİNİN SEÇİMİ

BEECH SYLVASPORT

Eni:129mm
Qalınlıq:22mm
Səth:İpək mat və ultra mat laklama
Fıstıq lövhələr,bircinsli struktur,ortalarda ağ -qırmızı çalarlar,qırmızı-qəhvəyi tekstura.Klassik və populyar lövhələrdir.

BEECH SYLVAKET

Eni:129mm
Qalınlıq:22mm
Səth:İpək mat və ultra mat laklama
Tam qalınlıqda rənglənmiş fıstıq lövhələr.Rəngi itirmədən cilalamaq imkanı.İsti qızılı çalarlar əlavə edilib.

MAPLE

Eni:129mm
Qalınlıq:22mm
Səth:İpək mat və ultra mat laklama
Açıq rəngdə ağcaqayın lövhələr.Bir ölçüdə tekstura.Çox elegant lövhələrdir.

ASH

Eni:129mm
Qalınlıq:22mm
Səth:İpək mat və ultra mat laklama
Açıq rəngdə göyrüş lövhələr.Tund rəngdə tekstura xəttləri ilə çox elegant görünüş.Vaxt keçdikcə lövhələrdə isti qızılı çalarlar yaranır.

junckers_taxta_parket_sistemleri
junckers_taxta_parket_sistemleri_2
junckers_taxta_parket_sistemleri_3
junckers_taxta_parket_sistemleri_4

CHAMPION-bircinsli görünüş,rənglərin və teksturanın çox az variasıyası

PREMIUM -təbii rənglər və az miqdarda struktur teksturası variasiyaları

CLUB -təbii rənglər və əhəmiyyətli miqdarda struktur teksturası variasiyaları

BEECH SYLVASQUASH CHAMPION

Skvoş və raketbol kimi sürətli oyunlarda döşəmə səthinin sürtünmə dərəcəsi böyük rol oynayır.Bu oyunlar üçün Junckers xüsusi olaraq az çilalanmış nahamar Beech Sylvasquash lövhələrini təklif edir.Bu lövhələr yüksək sürtünmə əmsalına malikdir,lakin idmançıların zədə almaq riski çox aşağıdır.Bu lövhələri bir qat laklama ilə də sifariş etmək mümkündür.

junckers_taxta_parket_sistemleri_5

RƏNGLƏRLƏ DİZAYN

Biz Junckers olaraq qrup məşqləri zallarına komfortlu atmosfer və təkrarolunmaz görünüş bəxş etmək üçün lövhələri daha yaradıcı çalarlarda təqdim etməyi düşündük.

Agacın daha isti çalarlarda rəngləri relaks və müalicəvi təsir göstərdiyindən bu rəng gamması müalicə-istirahət mərkəzlərində,yoga və pilates zallarında dizaynerlər tərəfindən uğurla tətbiq olunur.Daha açıq rəng çalarlı lövhələr rəqs ,zumba və aerobika zallarına elegant və dinamik görünüş bəxş edir.

Bu rəng çalarlarının qarışıq istifadəsi də mümkündür və otaga təkrarolunmaz xoş görünüş verir.

junckers_taxta_parket_sistemleri_9
junckers_taxta_parket_sistemleri_6

BLUBAT 52-67-79

junckers_taxta_parket_sistemleri

* Yüksək keyfiyyətli parket örtüyü;
* EN 14904 Avropa standardlarına uyğunluq;
* Topun ideal sıçrayışı;
* Başqa idman parket sistemlərindən ucuz olması;
* Yaxşı səs izolyasiyası;
* Asan və təhlükəsiz döşənməsi;
* Beton əsasdan hündürlüyünün az olması;
* Basketbol, skvoş, balet və rəqs üçün ideal seçim;
* Döşəmə altında isitmə sisteminin istifadəsinin mümkünlüyü:
* Təmizlənmə və qulluğun rahatlığı;

BluBAT JUNCKERS-in idman parketlərindən ən sadəsidir. Qiymətinin aşağı olmasına baxmayaraq bu sistem FIBA-nı və EN 14904
Avropa standartının tələblərinə cavab verir və müvafiq sertifikatlara malikdir.

junckers_taxta_parket_sistemleri_1
junckers_taxta_parket_sistemleri_2

Sistemin komponentləri
1. 22x129x3700mm massiv taxta
2. BluBAT laga sistemi 30x45x3600mm
3. Rütubət əliyhinə polietilen örtük
4. Plintus

junckers_taxta_parket_sistemleri_3
junckers_taxta_parket_sistemleri_4

UNOBAT 45

junckers_taxta_parket_sistemleri

* Yüksək keyfiyyətli parket örtüyü;
* EN 14904 Avropa standardlarına
uyğunluq;
* Topun ideal sıçrayışı;
* Həm yüngül, həm də ağır atletlər
üçün komfortlu döşəmə;
* Elastik rezin dayaqlı alt laga sistemi;
* Çox funksiyalı təyinatı;
* Beton əsasdan hündürlüyünün az olması;
* Sürətli montaj olunması;
* Böyük ağırlıqlı yüklərə davamlılığı;
* Teleskopik yığılan tribunaların istifadəsi;
* Təmizlənmə və qulluğun rahatlığı;

UnoBAT 45 elastik stripsli laga sistemi üzərində bərk ağac növlərindən olan massiv taxtalardan döşənilən universal idman parket sistemidir. Bu sistem 25 il intensiv istifadə zamanı öz ilkin xüsusiyyətlərini saxlayır.

junckers_taxta_parket_sistemleri_1
junckers_taxta_parket_sistemleri_3

Sistemin komponentləri
1. 22x129x3700mm massiv taxta
2. UnoBAT 45 laga sistemi 23x45x3600mm
3. Rütubət əliyhinə polietilen örtük
4. Plintus

junckers_taxta_parket_sistemleri_4
junckers_taxta_parket_sistemleri_5

UNOBAT 62+

junckers_taxta_parket_sistemleri

* Yüksək keyfiyyətli parket örtüyü;
* EN 14904 Avropa standardlarına və DİN 18032-2 normativlərinə
uyğunluq;
* Topun ideal sıçrayışı və yükün dəf olunmasının yüksək əmsalı;
* Həm yüngül, həm də ağır atletlər üçün komfortlu döşəmə;
* Elastik rezin dayaqlı alt laga sistemi;
* Çox funksiyalı təyinatı;
* Həm hamar, həm də nahamar beton əsas üzərinə montaj olunması;
* Döşəmənin hündürlüyünün 62 mm-ə qədər tənzimlənməsi;
* Lagalar arasındakı məsafənin döşəmə üzərinə düşən yükə görə
tənzimlənməsi
* Böyük ağırlıqlı yüklərə davamlılığı;
* Teleskopik yığılan tribunaların istifadəsi;
* Təmizlənmə və qulluğun rahatlığı;

UNOBAT 62+ 62mm-ə qədər tənzimlənə bilən və yüksək
deformasiyaları dəf edən laga sistemi üzərində bərk ağac
növlərindən olan massiv taxtalardan döşənilən universal idman
parket sistemidir. Bu sistem 25 il intensiv istifadə zamanı öz ilkin
xüsusiyyətlərini saxlayır.

junckers_taxta_parket_sistemleri_2
junckers_taxta_parket_sistemleri_1

Sistemin komponentləri
1. 22x129x3700mm massiv taxta
2. UNOBAT 62+ laga sistemi 25,5x60x3600mm
3. Hündürlük tənzimləyici paz
4. Politen səviyyə tənzimləyici paz
5. Plintus

junckers_taxta_parket_sistemleri_3
junckers_taxta_parket_sistemleri_5

DUOBAT 120+

junckers_taxta_parket_sistemleri

* Yüksək keyfiyyətli parket örtüyü;
* EN 14904 Avropa standardlarına və DİN 18032-2 normativlərinə
uyğunluq;
* Topun ideal sıçrayışı və yükün dəf olunmasının yüksək əmsalı;
* Həm yüngül, həm də ağır atletlər üçün komfortlu döşəmə;
* Elastik rezin dayaqlı ikiqat laga sistemi;
* Çox funksiyalı təyinatı;
* Həm hamar, həm də nahamar beton əsas üzərinə montaj olunması;
* Döşəmənin hündürlüyünün 110 mm-ə qədər tənzimlənməsi;
* Laqalar arasındakı məsafənin döşəmə üzərinə düşən yükə görə
tənzimlənməsi
* Böyük ağırlıqlı yüklərə davamlılığı;
* Teleskopik yığılan tribunaların istifadəsi;
* Təmizlənmə və qulluğun rahatlığı;

DUOBAT 110+ 110mm-ə qədər tənzimlənə bilən və yüksək
deformasiyaları dəf edən ikiqat laqa sistemi üzərində bərk ağac
növlərindən olan massiv taxtalardan döşənilən universal idman parket
sistemidir. Bu sistem 25 il intensiv istifadə zamanı öz ilkin
xüsusiyyətlərini saxlayır.

junckers_taxta_parket_sistemleri_3
junckers_taxta_parket_sistemleri_1

Sistemin komponentləri
1. 22x129x3700mm massiv taxta
2. DuoBAT 120+ üst laga sistemi 25,5x60x3600mm
3. Üst laga sistemi 39x40x3364mm
4. Hündürlük tənzimləyici paz
5. Rütubət əliyhinə polietilen örtük
6. Plintus

junckers_taxta_parket_sistemleri_4