Teleskopik tribunalar sahənin istifadə effektliyini kifayət qədər artırmağa imkan verir. İdman və digər tədbirlər keçirilərkən bu tribunalar irəli çəkilərək tamaşaçıların rahat seyr etməsi üçün şərait yaradılır. Ehtiyac olmadıqda isə yığılaraq ərazini məşqlər və böyük ölçülü meydança tələb olunan oyunların (həndbol, mini futbol) keçirilməsi üçün azad edir.
Teleskopik tribunalar zalın ölçüsü, hündürlüyü və dizaynı nəzərə alınmaqla fərdi sifarişlə istehsal olunur. İrəli çəkilmə və yığılma sxeminə görə bu tribunalar mexaniki və motorlu növləri olur.