Süni ot-rulon formasında olan və təbii otun alternativi olan örtükdür.Ən yeni texnologiyaların vasitəsilə istehsal olunan bu örtüklər xüsusi qulluq tələb etmədən,istənilən hava şəraitində istifadə edilə bilir, uzun illər istismar keyfiyyərlərini saxlayır və təbii ot xüsusiyyətlərinə malikdirlər.Geniş çeşidləri olan süni ot hal hazirda çox genış sferalarda tətbiq olunur. Süni otun ən çox istifadə olunduğu sahə idman meydançalarıdır.Oyun növündən asılı olaraq müxtəlif tipli xova və altlığa malik süni ot modeli tətbiq olunur.


* 9-10mm – tennis və basketbol üçün doldurulan süni ot
* 10-22mm – tennis və çoxfunksiyalı meydançalar (voleybol,basketbol,mini futbol) üçün doldurulan,otüstü xokkey üçün
doldurulmayan süni ot
* 20-30mm – futbol,mini futbol və otüstü xokkey üçün doldurulan və yarıdoldurulan süni ot
* 35-65mm – futbol və mini futbol üçün kvars qumu və rezin granul ilə doldurulan süni ot
* 60-70mm – regbi üçün kvars qumu və rezin granul ilə doldurulan süni ot
Yeni nəsil süni ot örtükləri idmançıların oyun vaxtı yüksək təhlükəsizlik tələblərinə cavab verir.Polietilen liflərdən hazırlanan bu örtüklər zədə riskini azaldır,zərbələrin amortizasiyası,örtüyün aşağı yeyilmə səviyyəsi,sürət,sürüşkən olmaması və səthlə ilişmənin yüksək göstəricilərini təmin edir. Günəşin ultrabənövşəyi şüalarına və temperatur dəyişmələrinə qarşı çox dözümlülüyü uzun müddət ilkin keyfiyyətini saxlamağa imkan verir.Bu kimi bir çox üstünlüklərinə görə süni ot örtükləri FIFA,UEFA və FIH tərəfindən bəyənilmiş və sertifikatlaşdırılmışdır.
Süni ot ən çox futbol və mini futbol meydançalarının əsas örtüyü kimi istifadə olunur. TIMPORT ən yeni nəsil futbol süni ot örtüklərini və doldurucu komponentləri təklif edir:

Futbol və mini futbol meydançaları üçün sintetik otlar





Futbol və mini futbol meydançaları üçün sintetik otlar





Universal idman meydançaları və tennis üçün sintetik otlar
Model: HST Multisport 13mm
Rəng: yaşıl/kirəmit/ağ
Tətbiqi: multisport/tennis
Rulonun eni :4 m
Rulonun uzunluğu: tələbə görə
Dtex: 6500/1
Lifin hündürlüyü: 13mm/ qıvrım

Model: HST Multisport 20mm
Rəng: yaşıl/kirəmit/ağ
Tətbiqi: multisport/tennis/golf
Rulonun eni :4 m
Rulonun uzunluğu: tələbə görə
Dtex:5500
Lifin hündürlüyü: 20mm
Tələb olunan kvars qumu: 20-22 kg / m²

Dekorativ ot örtükləri



Dekorativ ot 20/30/40mm


Sintetik otu doldurmaq üçün komponentlər
Kvars qumu


SBR granul


EPDM granul


TPE granul

GEO MONDO təbii doldurucu



Əlavə amortizasiya qatı (Shockpad) ilə təhciz edilmiş sintetik ot sistemləri hal-hazırda bütün dünyada geniş tətbiq olunur. Bu amortizasiya qatı patentləşdirilmiş texnologiya ilə hazırlanmışdır və aşağıdakı üstünlüklərə malikdir:
– Yüksək amortizasiya və zərbə dəf etmə
– Zədə riskini azaldır
– Bütün səth boyu bərabər elastiklik
– Uzun illər boyu ilkin xüsusiyyətlərini saxlayır
– Su saxlamır və yüksək drenaj qabiliyyətinə malikdir
– Asan və tez montaj olunur
– Ekoloji təmizdir
Bu amortizasiyali qat ilə təhciz edilmiş sintetik ot sistemləri FİFA və UEFA tərəfindən
tövsiyyə olunmuşdur və sertifikatlanmışdır.


