Stadionların alt baza və drenaj sisteminin hazırlanması

Alt baza və drenaj sisteminin sxemi
Drenaj və kollektor sisteminin sxemi

Meydançanın sahəsi ekskovator ilə 30sm dərinlikdə qazılır
və torpaq çıxardılır.
Meydançanın qazılmış sahəsi skreper ilə hamarlanır və
0,5% maililik verilir.
Vibrasiyalı döyəcləmə qurğusu (vibrokatok
7-8 ton) ilə torpaq kipləşdirilir.

Drenaj kanalları qazılır və kanalın dibi və yan divarları
pnevmatik döyəcləmə üsulu ilə bərkidilir.
Meydançanın perimetri boyunca kollektor kanalları
qazılır və 7 ədəd drenaj quyusu quraşdırılır.
Meydança və kanallar polietilen membran
qatı ilə örtülür.

Drenaj və kollektor boruları müəyyən olunmuş sxem
üzrə montaj olunur.
Drenaj və kollektor kanalları 20-30mm ölçülü
çınqıl ilə doldurulur və katok ilə sıxlaşdırılır.
Meydança 20sm qalınlıqda 20-30mm ölçülü
və 10sm qalınlıqda 5-15mm ölçülü çınqıl ilə
doldurulur və katok ilə sıxlaşdırılır.

Sintetik ot sisteminin və avadanlıqların quraşdırılması

Shockpad sistemi döşənir.
Sintetik ot örtüyü montaj olunur.
Oyun xəttləri çəkilir

Sintetik ot kvars qumu və rezin qranul ilə doldurulur.
Qapılar və künc bayraqları quraşdırılır.

