MONDOFLEX II

Mondoflex- basketbol, voleybol, futzal, handbol və badminton oyunları üçün çoxfunksiyalı ideal örtükdür. FIBA, IHF və FIVB tərəfindən sertifikatlaşdırılmışdır. Örtük üç qatdan ibarətdir: Birinci və ikinci qatlar vulkanlaşdırılmış kauçukdan və termoreaktiv materialdan hazırlanır. Üçüncü qat üç ölçülü poliuretan elastamerdir. İstehsal prosesində bu üç qat birləşdirilir və yeni nəsil MONDOFLEX idman yer örtüyü alınır.
MONDOFLEX

MONDOFLEX

MONDOFLEX örtüyü EN 14904 Avropa standartlarına uyğundur və
bir sıra üstünlüklərə malikdir:

* Universallıq
* Mükəmməl quruluş
* Üstün xarakteristikası
* Tökmə olmayan sistem
* Dağılmaya qarşı yüksək dözümlülük
* Səth ilə balanslaşdırılmış ilişmə
* Optimal ilişmə əmsalına görə minimal zədə riski
* Nəm və tozlu səthdə öz xarakteristikasını tam
saxlaması
* Eyni cinsli olması
* Yüksək termoizolyasiya
* Eksklyuziv zəmanət

Rəng variantları
ÖLÇÜLƏR
MONDOSPORT II
Mondosport universal idman zalları üçün ideal örtükdür. Relyefli üst qat ilişmənin optimal səviyyəsini və sürüşmənin zəruri əmsalını, sərt olan səthi isə topun EN 14904 standartına görə 98% sıçrayışını təmin edir. Bu göstərici amortizasiya dərəcəsi ilə çox yaxşı uyğunluq təşkil edir. Mondosport II örtüyünün xarakteristikası EN 14808 amortizasiya standartını üstələyir. Xüsusi antiseptik və antibakterial xüsusiyyətləri bütün istismar dövründə mikroorqanizmlərin həm alt həm də üst qatda çoxalmasının qarşısını alır. Mondosport II örtüyünün alt qatı üçölçülü poliuretan elastomerdən hazırlanır. Amortizasiya qatına malik Mondosport II örtüyü ideal xarakteristikalara malikdir.
MONDOSPORT I
MONDOSPORT W
Rəng variantları
ÖLÇÜLƏR

Çıxarılan rulon örtüklər

MONDOFLEX II PERFORMANCE
MONDOSPORT II PERFORMANCE
Mondo şirkəti beynəlxalq idman federasiyaları ilə sıx əməkdaşlıq edərək yarışlar üçün müasir yer örtükləri işləyib hazırlamışdır. Bu qarşılıqlı fəaliyyətin nəticəsi olaraq PERFORMANCE seriyasından olan döşənib-çıxardılan MONDOFLEX II və MONDOSPORT II örtükləri istehsal olunmuşdur. Üst qat - optimal ilişmə və uzun müddətli istismar. Orta qat - Yükün ideal bölünməsi Alt qat - Əlavə amortizasiya
MONDOFLEX II
MONDOSPORT II
ÖLÇÜLƏR
ÖLÇÜLƏR

Şüşə lifli astar örtüyü EVERLAY

* Beton əsasa yapışdırılmadan döşənir. Yüksək rütubətli betonun döşənməsi mümkündür.
* İdman örtüyünün döşənməsini asanlaşdırır.
* İstilik sistemi ilə təhciz olunmuş döşəmələrdəki istifadəsi mümkündür.
* İdman zallarının rekonstruksiyası zamanı idman örtüklərinin dəyişdirilməsi prosesini sadələşdirir və ucuzlaşdırır.

EVERLAY A

Qalınlıq 1,2mm
* Sukeçirməyən hamar və stabil qat.
* Yüngün çəki və sadə döşənmə.
* Bütün dünyada 20,000,000 m2 EVERLAY realizə olunmuşdur.

EVERLAY B

Qalınlıq 4mm
* Sadə döşənmə prosesinə görə EVERLAY B müvəqqəti istifadə üçün
yararlıdır.
* Yüksək amortizasiya və səs izolyasiyasını təmin edir.

EVERLAY EG

Qalınlıq 6mm
* Xüsusi poliuretan və stabilləşdirici qatlara malik EVERLAY EG üzərinə
düşən yükü bərabər paylamaq və yüksək amortizasiya xüsusiyyətlərinə
malikdir.
* Mondosport və Mondoflex örtükləri ilə istifadə olunduqda EN 14904
standartlarına uyğun xarakteristikanı təmin edir.

ÖLÇÜLƏR

PVC örtüklər qapalı idman zallarında ən çox istifadə olunan
örtüklərdən biridir. Rulon formasında istehsal olunur. Bu örtüklər
komfortlu və təhlükəsiz oyun üçün bütün xüsiyyətlərə malikdir.
Amortizasiya və səs izolyasiyası, sürüşkən olmaması,ekoloji təmiz
olması, yeyilməyə davamlılığı, universal olması bu örtüyün
professional və həvəskar idman yarışlarının keçirilməsi üçün geniş
tətbiq olunmasını təmin edir.
PVC örtük əsas üç qatdan ibarətdir:
* Relyefli əsas kontakt PVC qat (0.7-1.1mm)
* Şüşə lifindən (fiberglass) stabilləşdirici orta qat
* PVC köpüyündən (PVC foam) ibarət alt qat.
Bu örtüklər montaj üçün tam hazır olur və beton əsas üzərinə
yapışdırılır.

Rəng variantları

ÖLÇÜLƏR