TIMSPORT şirkəti 28 ildən artıq müddətdir ki, idman komplekslərinin təhcizatı sahəsində ixtisaslaşmışdır. Çoxillik təcrübə və peşəkarlıq sayəsində TIMSPORT hal-hazırda Azərbaycanda idman sferasında fəaliyyət göstərən ən böyük şirkətdir. Bizim partnyorlar arasında dünyanın ən tanınmış idman avadanlıqları istehsalçıları var. TIMSPORT Mondo (İtaliya), Kettler (Almaniya), Body Solid (ABŞ), HST (Türkiyə), VIA Bowling (Çin), Green Hill (Almaniya), Proteus (Tayvan), FAR (İtaliya), Iwan Simonis (Belçika), Donic (Almaniya), Eleiko (İsveç), Ruptur (Belarusiya), Sartor (İtaliya), Spieth (Almaniya), Unis (Çin), Greenfields (Hollandiya), Junckers (Danimarka), Body Sculpture (Tayvan) şirkətlərinin Azərbaycanda rəsmi təmsilçisidir. TIMSPORT şirkətinin peşəkar mütəxəsisləri və montaj qrupları avadanlıqların operativ və keyfiyyətli quraşdırılmasını təmin edir. Ölkəmizdə yeganə olan ixtisaslaşmış servis xidmətimiz isə yaranmış nasazlıqları aradan qaldırmaq üçün həmişə xidmətinizdədir. Sizə yeni katalogumuzu təqdim etməyə çox şadıq. Bu yenilənmiş nəşrdə maksimal dərəcədə spesifik mal və xidmətlər çeşidini təqdim etməyə çalışdıq. Şirkətimizin əsas fəaliyyət sferalarını əhatə edən məlumatlar burada əks olunmuşdur. Bizim assortiment dünyanın 30 dan artıq aparıcı idman malları istehsalçılarının 2000 dən çox avadanlıqlarını əhatə edir.
İdman və əyləncə kompleksləri,fitness zalları, məktəb və universitetlərin idman zalları,stadionlar, uşaq oyun meydançaları,bilyard və tennis salonları və digər tipli qurğuların təhcizatındakı sizinlə birgə çox illik iş təcrübəmiz bu katalogun yaradılmasında mühüm rol oynamışdır. Bundan əlavə siz internet səhifəmizə daxil olaraq təqdim etdiyimiz mallar və xidmətlər haqqında ətraflı məlumatı əldə edə və referanslarımıza baxa bilərsiniz.

İdman komplekslərinin layihələndirilməsi və tikintisi

İdman yer örtükləri

Uşaq oyun meydançaları üçün örtüklər

Elektron hesab tabloları

LED monitorlar

İdman kompleksləri üçün amortizasiyalı qoruyucu torlar

İdman kompleksləri üçün hasar sistemləri

Tribuna oturacaqları

Əyləncə mərkəzləri üçün avadanlıqlar

Uşaq oyun meydançaları üçün avadanlıqlar

İdman kompleksləri üçün işıqlandırma sistemləri

Parklar üçün trenajorlar

Bouling və aksessuarları