
PU Sprey sistem
PU Sprey sistemi qaçış yolları üçün istifadə olunan ən sərfəli
örtükdür. Bu sistem yerli və beynəlxalq səviyyəli yüngül atletika
yarışlarının keçirilməsi üçün istifadə olunur və IAAF(Beynəlxalq
Atletika Assosasiyaları Federasiyası) tələblərinə cavab verir.
PU Sprey sistemi beton və ya asfalt alt baza üzərinə döşənən
10mm-lik SBR qranul qatından və EPDM tozu ilə qarışdırılmış
iki komponentli poleuretan yapışdırıcısından ibarətdir. Xüsusi
aqreqatlar vasitəsilə montaj olunan bu sistem 10 ildən çox
müddətə öz ilkin keyfiyyətini saxlayır və uğurla istismar olunur.
Bu örtük suyu keçirdiyindən, hətta güclü yağışdan sonra da
istifadə üçün tam yararlıdır. Möhkəm struktura malik örtük
şipli ayaqqabı ilə qaçış üçün nəzərdə tutulub və zədələnmir.
PU Sprey sistemli qaçış yolları məktəb stadionlarında və yüngül
atletika manejlərində uğurla istifadə olunur.


PU Sandwich system
PU Sandwich sistem - dünyada ən çox yayılmış qaçış yolu örtüyüdür
və IAAF tərəfindən serfifikatlaşdırılmışdır.
Bu sistem beton və ya asfalt alt baza üzərinə döşənən
10mm-lik SBR qranul alt qatından və böyük fraksiyalı EPDM qranul ilə
qarışdırılmış iki komponentli poleuretan yapışdırıcı üst qatından ibarətdir.
Bu örtük bütün tipli beynəlxalq yüngül atletika səviyyəli yarışlarının
keçirilməsi üçün təyin olunub. Gözəl estetik görünüşə malik olan bu
örtük təhlükəsizliyi və komfortu ilə seçilir və atletlərin rəğbətini
qazanmışdır.
Günəş şüalarına və yağışa davamlı olan bu sistem uzun illər
elastikliyini və rəngini dəyişmir. Yüksək istismar göstəricilərinə malik olan
PU Sandwich sistemi stadionlarda və yüngül atletika bazalarında əsas
qaçış yolu örtüyü kimi geniş tətbiq olunur.



MONDOTRACK SX
Mondo şirkətinin IAAF ilə birlikdə apardığı davamlı tədqiqatları nəticəsində yeni struktura malik MONDOTRACK SX örtüyü
yaradılmışdır. Bu örtük 1-ci səviyyəli yüngül atletika yarışlarının keçirilməsi üçün IAAF tərəfindən sertifikatlaşdırılmışdır.

Örtüyün üst qatının spesifik relyef və forması, şipli ayaqqabının maksimal ilişməsi və səthlə təmas sahəsinin artırılması
məqsədi ilə işlənib hazırlanmışdır. Bu keyfiyyətlər idmançıya hərəkətlərini tam kontrol etmək və nailiyyətlərini daima
yaxşılaşdırmaq imkanı verir. Örtük istənilən hava şəraitində ideal ilişmə, amortizasiya və maksimal zədə təhlükəsizliyinin
xüsusiyyətlərinə malikdir.
Rəng variantları

ÖLÇÜLƏR




SPORTFLEX SUPER X PERFOMANCE
Bu, yüngül atletika stadionları və manejlərində yarış və məşqlər keçirmək üçün ideal örtükdür.

Relyefli vulkanlaşdırılmış kauçukdan olan üst qat uzun istismar dövrü ərzində maksimal elastiklik və yeyilməyə davamlılıq
xassələrinə malikdir. Eyni texnologiya ilə hazırlanmış alt qat optimal amortizasiyalıdır və deformasiyaları dəf edir.
Rəng variantları

ÖLÇÜLƏR


